S.S.Gezginler Arsa ve Konut Kooperatifi
Merkez: Sümer 1 Sokak, No: 9/32, Kızılay – Ankara
E-Mail: kooptr@gmail.com, Telefon 0.312.2305336
İzmir İrtibat: 0.232.3290114
Tikinti üçün Torpaq sahələri kooperativliyində Fərqli Qaydalar
“Ödənişin qarşılığında: Torpaq sahələrinin mühəndis kommunikasiyalarının quraşdırılır (Elektrik, su, kanalizasiya, telefon, yol, təmizləmə qurguları, işıqlandırma və s.) və kürsü səviyyəsinə qədər tikinti-inşaat işləri aparılır.
Qalan tikinti-istehsalat 5 illik təqvim çərçəvəsində üzvlərin öz ixtiyarlarına verilir.
Qanuni qeydiyyat haqqında məlumat:
- a)Sənaye və Ticarət Nazirliyi, Sənəd No: 06-137451
- b)Türkiyə Ticarət Sicil No: 251456
Kooperativin qurulma məqsədi:
- Bu kooperativ torpaq sahəsi kooperatividir. Buna görə tikintiyə daxil olmaq üçün üzvlük haqqı yoxdur. Yalnız ümumi xərclərə görə üzvlük haqqı vardır (Plan-layihənin həlli, mühəndis kommunikasiyalarının quraşdırılması və kürsülük tikintisi mərhələlərini çıxmaq şərti ilə).
- Egey sahillərində, İzmir ətraflarında tikinti üçün torpaq sahələrinin layihələrinə üzvlər qəbul ediləcəkdir.
-
Ankara şəhərinin bütün rayonlarında “tikinti üçün torpaq sahələri layihələri” işləniləcək və üzvlərinə təqdim ediləcəkdir.
-
Tikinti üçün torpaq sahələrinin layihələri, planları işləniləcək, icazəsi alınacaq, mühəndis kommunikasiyaları quraşdırılacaq və kürsü hissəsi tikiləcək və tikinti üçün hazır torpaq sahələrinin sənədləri üzvlərə paylanacaqdır. Qalan tikinti işləri üçün vaxt çərçivəsində üzvlərin öz ixtiyarlarına buraxılır.
Beləliklə kooperativ üzvləri “bütün fiziki və sosial kommunikasiya qurğuları hazır olan torpaq sahələrini bir hüquqi qurum tərəfindən əldə etmiş olacaqlar.
Müvcud tikinti-torpaq sahələrinə üzvlük şərtləri və vəzifələri
| Torpaq sahələrinin yeri, böyüklüyü | Torpaq sahələrinin keyfiyyəti | Torpaq sahələrinin üzvlük ödənişi | Ev-mənzil və ya torpaq sahəsi | Fotograflar |
| İzmir -Mordoğan | Abadlaşdırılmış sahələr |
13.500 - $ |
Bitişik nizamlı / 300m2 | Fotograf |
| İzmir-Çandarlı | Abadlaşdırılmış sahələr |
25.000 - $ |
Bitişik nizamlı / 300m2 | Fotograf |
1- Mordoğan xəritə əlaqəsi
2- Çandarlı xəritə əlaqəsi
Üzvlük üçün lazım olan məlumat və sənədlər:
Şəxsiyyət vəsiqəsinin kopyası
4 ədəd vəsiqə üçün fotoşəkil
Üzvlüyə müraciət ərizəsi
Üzvlük üçün qabaqcadan ödənişi göstərən bank qəbzi
Qeyd1: Ankara xaricində yer almaq üçün müraciət istəyənlər üzvlüyə namizədlik sənədlərini aşağıda göstərilən qaydada gündərilə bilər:
1- Kargo ilə ünvanımıza;
2- İzmir əlaqə bürosuna ;
Hazır olan və əlavələr edilən sənədlər E-Posta ilə bizim E-Posta ünvanımıza göndərilə bilər.
Qeyd 2: Bank hesab nömrəniz :
Kooperativ üzvlərinin vəzifələri:
Üzvlük və ümumi xərclərə daxil olma:
Üzvlüyə qabaqcadan ödəniş (girişdə kooperativin təşkil olunması üçün nəzərdə tutulmuş): 250 – YTL
Aylıq üzvlük haqqı : 20 –YTL (2 aydan bir – 40 YTL ödənilir).
Torpaq sahələrinin ödəniş haqqı : Tikkinti üçün nəzərdə tutulmuş torpaq sahələrinin yerləşdiyi yerə görə dəyişəndir. Üzvlük anında nəğd və ya kreditlə ödənilir.
Kürsülük səviyyəsinə qədər tikintiyə daxil olma üzvlük haqqı (Ümumi Şurada müəyyənləşir):
Plan –layihə və icazə xərcləri ;
Mühəndis kommunikasiya xərcləri;
Kürsülük tikintisinə sərf olunan xərclər.
Müraciət E-Posta və ya E-mail ilə hazirlanmaqdadır.